Əsas Səhifə > Güney Press > “Rabitəbank”ın səhmdarları toplanır
“Rabitəbank”ın səhmdarları toplanırBu gün, 08:26 |
“Rabitəbank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, bununla ASC-nin Müşahidə Şurası qərar imzalayıb. Qərara əsasən, yığıncaq dekabrın 27-nə təyin olunub. Yığıncağın gündəliyinə bankın gələn il üzrə büdcə parametrlərinin təsdiqi, 2025–2027-ci illəri əhatə edən Strateji Planın təsdiqi və təşkilati və cari məsələlər daxil edilib. Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 30 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11 %-i Dilarə Nuriyevaya, 7,6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur. Geri qayıt |