Əsas Səhifə > Güney Press > Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə…

Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə…


Bu gün, 17:43
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə…
Gəncə şəhərində 1996-cı il təvəllüdlü Dadaş şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xalidəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dadaş arvadı Xalidə ilə aralarında ailə məişət zəminindən baş vermiş mübahisə zamanı əli və bel kəməri ilə, onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədənm Dadaşın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dadaş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xalidə onun həyat yoldaşıdır, onlar 2017-ci ildə ailə qurub və birgə nikahdan 2 övladı var: “Əvvəllər mehriban yaşasaq da, son zamanlar aramızda narazılıq, mübahisələr olub. Hadisə günü işdən evə gəldim. Həyat yoldaşım Xalidənin telefonuna baxanda “whatsapp” proqramında dayım oğlu Xəlilə şəkillər göndərdiyini gördüm. Həyat yoldaşımdan Xəlil ilə danışıb-danışmadığını soruşdum. Xalidə mənə “Xəlil zəng vurmuşdu, uşaqla danışdı” dedi. Mən Xəlilin yoldaşıma zəng etməsindən və həyat yoldaşımın ona şəkillər göndərməsindən əsəbləşdim. Onunla mübahisə etdim. Həmin vaxt Xalidə mənə cavab qaytaranda əlim və bel kəmər ilə onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döydüm. Sonra isə gedərək yatdım”.

Təqsirləndirilən şəxs bildirib ki, mübahisə zamanı yaşadıqları evdə onlardan başqa evdə iki azyaşlı övladları olub və uşaqlar digər otaqda yatıblar. O həyat yoldaşı ilə barışdığını, ona dəymiş ziyanın tam ödədiyini deyib. O, həyat yoldaşı ilə mehriban yaşadığını da qeyd edib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini deyib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, təqsirləndirilən Dadaş onun həyat yoldaşıdır: “Əvvəllər mehriban yaşamışıq. Son zamanlar isə maddi sıxıntılarımız səbəbindən aramızda dava-dalaş olub. Hadisə günü ərimin dayısı oğlu Xəlil mənə zəng elədi. Əvvəllər uşaqlarım, daha sonar isə özüm ilə danışdıq. Sonra isə Xəlilə özümün və getdiyim kursda oxuyan qrup yoldaşlarımın şəklini atdım”.

Xalidə qeyd edib ki, daha sonar gecə saat 4 radələrində əri Dadaş işdən evə gəlib və onun telefonuna baxan zaman dayısı oğlu Xəlil ilə danışmasını görüb: “Bu səbəblə ərim mənimlə dalaşdı, məni təhqir etdi. Daha sonar isə əli və bel kəməri ilə bədənimin müxtəlif yerlərinə vuraraq mənə xəsarətlər yetirdi”.

Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Dadaş 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Geri qayıt