Əsas Səhifə > Güney Press > Bakıdan qaçan Pallone görün nə dedi

Bakıdan qaçan Pallone görün nə dedi


Bu gün, 15:03
Bakıdan qaçan Pallone görün nə dedi
Bakıda layiq olduğu “hörmət”lə qarşılaşan ermənipərəst Frank Pallone aradan çıxandan, ABŞ-a qayıdandan sonra başına gələnlərə münasibət bildirib. “Əliyev məni dayandırmaq üçün sərt etirazlar təşkil etsə də, mən Ermənistanın ərazi suverenliyi, erməni əsirlərin azad edilməsi və regiona sülh gətirəcək saziş uğrunda mübarizəni davam etdirəcəyəm”, - üzdəniraq konqresmen X şəbəkəsində yazıb.

Bu bədbəxtə hələ də çatmayıb ki, onun qəfil gəlişinə kəskin reaksiya təkcə İlham Əliyevin deyil, bütövlükdə Azərbaycan xalqının mövqeyini və iradəsini ifadə edir. Məsələ ondadır ki, biz nə qədər bağışlayan, ürəyiyuxa, pisliyi tez unutqan və qonaqpərvər xalq olsaq da, o biri üzümüz qat-qat sərtdir. Və Allah eləməsin, onu kiməsə göstərək. Zira, biz qürursuz, bivec xalq da deyilik, öz “qırmızı xətlərimiz” var və həddini aşan “çağırılmamış qonağa” yerini necə göstərməyi yaxşı bilirik...

Aydındır ki, uzun illər XİN-in “qara siyahısı”nda olmuş F.Pallone Azərbaycana xoş niyyətlə təşrif buyurmaq istəsəydi, zaman-zaman təhqiramiz münasibət bəslədiyi Azərbaycanın xalqı və dövləti haqda səfər öncəsi bəzi yumşaq sözlər deyər, reveranslar edər, könlümüzü almağa çalışardı. İçində üzdüyü günahlardan qurtulmaq istədiyinin mesajını verərdi. Amma artıq şəkk-şübhə qalmadı ki, bu zat Bakıya erməni lobbisinin sifarişi ilə “qoltuğunda qovluq” təxribat törətməyə və aranı bir az da qarışdırmağa, gərginləşdirməyə gəlibmiş.

Demək, tam haqqına qovulub. Allah bilir, ona burada mətbuat konfransı üçün şərait yaradılsaydı, ev yiyəsinin – Azərbaycanın ünvanına daha hansı hədyanlar söyləyəcək, erməni mediası da onu necə həvəslə tirajlayacaqdı. Arzusu ürəyində qaldı. Azərbaycanlıların geniş qəlbli olduğu qədər nə qədər prinsipial və böyük xalq olduğunu öz gözləri ilə görüb aradan çıxdı...

Sonra. Diqqət edin, bu erməni iti bir yandan guya Azərbaycanla Ermənistan arasında “regiona sülh gətirəcək” saziş, digər yandan isə “erməni əsirləri” uğrunda “mübarizə aparacağını” deyir. Məntiq, səmimiyyət hanı? Məgər o, Azərbaycanda erməni əsirlərin olmadığını bilmir? Bakıda saxlanılanların hərbi canilər olduğundan bixəbərdirmi?

Əsla. O zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımları törətmiş müharibə cinayətkarları, ikiayaqlı vəhşilər, həşəratlar layiqli cəzalarını almadan iki xalq arasında ədalətli sülhü, barışığı o, necə təsəvvür edir görəsən? ABŞ-ın özü 2-ci Dünya savaşı bitəndən sonra məgər alman nasist-cəlladlarını hansısa birini bağışlayıb?..

Əlbəttə ki, biz bununla təkcə Frank Palloneyə deyil, onun timsalında vicdanını 5 dollara satan bütün ermənipərəst qeyri-erməni şərəfsizlərə dərs verdik. Qalır nəticəni gözləmək. Hərçənd bu xüsusda elə də nikbin deyilik. Çünki “qozbeli qəbir düzəldər”. Öz işləridir. Bizim işimiz isə Azərbaycanın daima hərbi-iqtisadi cəhətcə bölgənin ən güclü, aparıcı dövləti statusunda qalmasını təmin etmək, bununla da bütün bədxahlarımızı onunla hesablaşmaq zorunda qoymaqdır...

Deyilə bilər ki, Nikol Paşinyan da COP29-a gəlsəydi, eyni aqibətləmi üzləşər və qovulardımı?

Xeyr. Əvvəla, ona görə ki, Azərbaycan Ermənistan hökumətinə COP29-la bağlı rəsmi dəvət göndərib. İkincisi, Azərbaycana qarşı cinayətlərdə əli olsa da, Pallonedən fərqli olaraq, Nikol pis-yaxşı artıq tövbə edib, “Qarabağ Azərbaycandır” deyib. Üçüncüsü, sülh danışıqları Paşinyanla aparılır və yolun əhəmiyyətli hissəsi qət edilib. Onun Bakı səfəri danışıqlardakı etimad mühitinə əlavə müsbət xallar qata bilərdi. Nəhayət, sonuncusu, N.Paşinyan Bakıya məğlub lider kimi gələcəkdi.

Bu digər səbəblərdən Paşinyanın Bakıda Pallonesayağı təxribat törətmək niyyətinin olması mümkünsüz idi...

Zahid SƏFƏROĞLU - musavat.com

Geri qayıt