Əsas Səhifə > Güney Press > Təhlükəli proses başlayır, Ermənistan ordusu...
Təhlükəli proses başlayır, Ermənistan ordusu...Bu gün, 12:56 |
Nikol Paşinyan hökuməti Ermənistan ordusunun rolunu azaldır. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib. “Son günlər hökumətin silahlı qüvvələrə birbaşa təhlükə yaradan açıqlamaları diqqətimi çəkir. Ordunun sıravi quruma çevrilməsi və ona ikinci dərəcəli vəzifə verilməsi göstərir ki, yaxın gələcəkdə orduya qarşı yeni proseslər başlayacaq. Hər şeydən əvvəl hakimiyyət ordunun rolunu kəskin şəkildə azaldır ki, gələcəkdə bu struktura qarşı hər hansı müdaxilə ictimai rəy baxımından kəskin reaksiyaya səbəb olmasın”, - siyasətçi bildirib. Geri qayıt |