Əsas Səhifə > Güney Press > “ABŞ Ukraynadakı müharibədə iştirak etmir”
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir”Bu gün, 12:06 |
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan PBS telekanalına müsahibəsində Vaşinqtonun öz silahlarından Ukraynaya istifadə etməsinə icazə verməklə birbaşa münaqişəyə qatıldığı barədə iddiaları əsassız sayıb. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi, əgər qəbul edilibsə və Kiyev rejiminin diqqətinə çatdırılıbsa, bu, ABŞ-nin münaqişədə iştirakı baxımından gərginliyin yeni mərhələsi və keyfiyyətcə yeni vəziyyət deməkdir. “Əgər ABŞ hər hansı silah sistemindən, o cümlədən bu sistemin (ATACMS - red. ) istifadəsinə icazə versəydi, bu, ABŞ-nin müharibədə birbaşa iştirakı demək olmazdı”, - Vaşinqton Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın dili ilə Moskvanın mövqeyini inkar edib. Sallivanın sözlərinə görə, Kiyevə Amerika silahlarından istifadə etməyə icazə verilməsi Vaşinqtonun münaqişənin başlanğıcından bəri apardığı siyasətin davamıdır. Xatırladaq ki, bundan əvvəl “New York Times (NYT)” qəzeti Amerika administrasiyasının adının açıqlanmayan nümayəndələrinə istinadən ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməyə icazə verdiyini yazıb. Mənbələrin məlumatına görə, Rusiya ərazisinin dərinliklərinə ilk zərbələr böyük ehtimalla ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcək. AzVision.az Geri qayıt |