Əsas Səhifə > Güney Press > Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək

Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək


Bu gün, 10:32
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib: “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”

Geri qayıt