Əsas Səhifə > Güney Press > Kəlbəcərin azad edilməsindən 4 il ötür

Kəlbəcərin azad edilməsindən 4 il ötür


Bu gün, 08:53
Kəlbəcərin azad edilməsindən 4 il ötür
Dörd il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi
əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz
yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı
Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən
Kəlbəcər rayonunu işğal etdilər.
Nəticədə rayon mərkəzi ilə birgə 1 qəsəbə, 145 kənd və 55
inzibatiərazi dairəsi işğal olundu, onlarla tarixi-mədəniyyət abidəsi, 97
məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-
diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9
aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s.
talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana
daşındı. Ermənistan burada müxtəlif yerlərdən gələn erməniləri
məskunlaşdırmağa başladı.
Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə
əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.
Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün
oldu. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin aparılmasına
başlanıldı.
Kəlbəcər yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl
və səfalı rayonları sırasında olacaqdır. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da və 2022-ci il
iyunun 26-da, 2023-cü il avqustun 26-ı və noyabrın 7-də işğaldan azad
olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. İlk səfər zamanı Prezident
İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu da Kəlbəcərin
bərpasına başlanğıc nöqtəsi oldu.
Artıq Kəlbəcərin bərpası üçün infrastruktur layihələrinin planlı şəkildə
icrasına, inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin
inşasına start verilib. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən
bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri
aparılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci
xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda
inşa olunacaq tunelin, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni
Kəlbəcər-Laçın avtomobil yolunun təməli qoyulub, 110/35/10 kilovoltluq
“Kəlbəcər” yarımstansiyasının açılışı olub. 2022-ci il iyunun 26-da baş tutan
səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik
Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər
muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin,
Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının
təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası,
Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik
Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olmuşdur.
2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının,
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su
Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində
iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu”
Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin
2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin
azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il
artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə
də bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Əminik ki, Kəlbəcər
rayonu yaxın gələcəkdə Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd
təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt