Əsas Səhifə > Güney Press > Azərbaycan düşməni olan şovinistdən
Azərbaycan düşməni olan şovinistdənBu gün, 17:10 |
Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan İran şovinisti, Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli növbəti sərsəm açıqlqması ilə gündəmə gəlib. “Bakı konfransında (COP29 nəzərdə tutulur-red.) iştirak etmədiyinə görə İran Prezidentinə ürəkdən təşəkkür edirəm”. “Cebheinfo.az”-ın məlumatına görə, Ameli belə deyib. “50 min müsəlman qadın və uşaqdan ibarət qatili (İsraili nəzərdə tutur- red.) dəvət etmək təhqirdir. Biz qəzəblənirik. Biz öz ikrah hissimizi bildiririk”, - deyə Həsən Ameli bildirib. Amma Həsən Ameli 35 il Azərbaycan vətəndaşı olan minlərlə müsəlman qadının və uşağın ermənilər tərəfindən qətl edilməsini pisləməyib, İran-Ermənistan qardaşlığına ikrah hissini bilməyib. Geri qayıt |