Əsas Səhifə > Güney Press > Amerikalı iqtisadçı İrəvana məsləhət verib

Amerikalı iqtisadçı İrəvana məsləhət verib


Bu gün, 09:21
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
İrəvanda mühazirə oxuyan məşhur amerikalı iqtisadçı Ceffri Saks Qərbin Ermənistana Rusiya və İranla əməkdaşlıqdan qaçmaq təkliflərini şərh edib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Ceffri Saks Qərbin Ermənistana “ölümcül” çağırışlar etdiyini bildirib. Onun fikrincə, ölkənin texnoloji baxımdan geri qalmaması üçün istehsal sahələri üçün uyğun strategiyalar seçilməlidir.

“Bütün bunlara əməkdaşlığın qurulduğu regionda və bütün dünyada əməkdaşlıq şəraitində nail olmaq mümkündür”, - ekspert deyib.

Ermənistana nəqliyyat marşrutlarını inkişaf etdirməyi məsləhət görən Ceffri Saks bunun üçün Azərbaycan, Türkiyə, Rusiya və İranla yaxşı münasibətlər qurmağın zəruri olduğunu vurğulayıb. Amma Qərb bu məsələdə qeyri-konstruktiv siyasət yürüdür.

- Qərb təfəkkürü belədir: bunların heç biri mümkün deyil, biz heç vaxt Rusiya ilə əməkdaşlıq etməyəcəyik, İranla əməkdaşlıq etməyin. “Yaxşılar” var, “pislər” var, “yaxşı”larla qalın, biz sizə kömək edəcəyik, sizi xilas edəcəyik. Bu ölümcül bir düşüncədir. Doğru düşüncə, Çinin sülh vasitəçisinə çevrildiyi İran və Səudiyyə Ərəbistanı arasında baş verənlərdir”, - amerikalı iqtisadçı İrəvanın diqqətiunə çatdırıb.

Geri qayıt