Əsas Səhifə > Güney Press > Ermənistanın Rusiyaya yeganə yolu bağlandı

Ermənistanın Rusiyaya yeganə yolu bağlandı


Bu gün, 12:19
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yük maşınları üçün bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.

“Yolların buz bağlaması səbəbindən Qudauri-Kobi məntəqəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.

Yol minik avtomobilləri üçün açıqdır.

Hazırda 2025 yük maşını gözləyir. Onların 630-u erməni yük maşınlarıdır.
Geri qayıt