Əsas Səhifə > Güney Press > Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı

Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı


Bu gün, 15:17
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı
ABŞ Konqresinin ermənipərəst üzvü Frank Pallone BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.

Trend xəbər verir ki, ermənilərə qarşı xüsusi sevigisi ilə tanınan F.Pallone COP29-un keçirildiyi Bakı Olimpiya Stadionuna gələrək, orada jurnalistlərin sual atəşinə məruz qalıb. Jurnalistlər erməni lobbistinə sərt suallar ünvanlayaraq, onun mövqeyinin "qiymətini" öyrənməyə çalışıblar.

Lakin jurnalistlərin haqlı olaraq səsləndirdikləri suallar F.Palloneyə, bəlli ki, narahatlıq verib. O, heç bir suala cavab vermədən jurnalistlərdən uzaqlaşıb.


Geri qayıt