Əsas Səhifə > Güney Press > "Burada Ermənistan bir bəhanə və bir vasitədir"

"Burada Ermənistan bir bəhanə və bir vasitədir"


Bu gün, 13:16
"Burada Ermənistan bir bəhanə və bir vasitədir"
"Azərbaycan iqlim dəyişmələrinə qarşı illərdir mübarizə aparır və bu mənada da COP29-a möhtəşəm şəkildə ev sahibliyi edir".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, dünyada Azərbaycanın iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı etdiklərini həyata keçirməyə müvəffəq olan az sayda ölkə vardır.

Deputat bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin böyük uğurudur: "Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə üz-üzədir. Təbii fəlakətlərlə yanaşı dünyada baş verən müharibə və münaqişələr və aclıq ciddi tədbirlər görülməsini gündəmə gətirir. COP29 da məhz belə məqsədlərə xidmət edən bəşəri əhəmiyyətli tədbirdir".

A.Hüseynov söyləyib ki, bununla yanaşı Bakıda keçirilən COP29 tədbirinə qarşı anti-Azərbaycan qüvvələr də fəallaşıb. Onun sözlərinə görə, Azərbaycanın uğuruna kölgə salmaq istəyənlər media və digər resurslardan istifadə edərək qarayaxma kampaniyası həyata keçirməyə çalışırlar:

"Beynəlxalq ekoloji konfransı siyasiləşdirənlər bu sahəyə aid olmayan məsələləri gündəmə gətirməklə məsələlərin bir-biri ilə əlaqəsini qurmağa can atırlar. Tutarlı arqument tapa bilməyənlər iftira atmaqdan da çəkinmirlər. Məqsədlərdən biri Azərbaycanın COP29-a yeni çağırışlar fonunda rəng qatmaq gücünü azaltmaq və bu tədbiri gözdən salmaqdır. Qərbin bədnam qüvvələri Azərbaycanın son 4 ildə öz suveren ərazilərində gördüyü möhtəşəm işlərdən narahatdırlar. Azərbaycan Cənubi Qafqazda tam müstəqil siyasət yürüdür, regional layihələrin həyata keçirilməsində dominantlıq edir, təşəbbüsləri əksər beynəlxalq təşkilatlar tərəfindən mübaliğəsiz və tərəddüdsüz qarşılanır".

Deputat əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Avropanın qabaqcıl ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir: "Bu məsələdə dövlətimizin başçısı xalqın milli mənafeyini və təhlükəsizliyini önə çəkir, inkişaf üçün lazım olan layihələrin həyata keçirilməsinə imza atır. Azərbaycan Qərb dairələrinin planından kənar siyasi və iqtisadi tablonun müəllifi rolunda çıxış edir. Regionda mövcud sülh gündəliyini pozmağa çalışan güclər müharibənin bitməsindən narahat olduqları üçün Ermənistanı silahlandırır, yeni təxribatlara körükləyirlər. Burada əsas məqsəd bir tərəfdən Azərbaycanı onların istədiyi müqavilələrə imza atdırmaq, bunun ardınca perspektivli Orta Dəhlizə nəzarəti ələ keçirməkdir. Burada Ermənistan bir bəhanə və bir vasitədir".

Geri qayıt