Əsas Səhifə > Güney Press > "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq"
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq"Bu gün, 12:14 |
Yaxın Şərq ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov Ermənistanın “Hraparak” qəzetinə müsahibə verib. O, Azərbaycan – Ermənistan münasibətlərindən, sülh müqaviləsi, Bakıda keçirilən COP29 və s. məsələlərdən danışıb. "DİA-AZ" KONKRET.az-a istinadla müsahibəni ixtisarlarla təqdim edir: – Moskvada KTMT diplomatlarının Rusiyanın xarici işlər naziri Lavrovla görüşü baş tutub. Görüşdə ER səfiri də iştirak edib. Bu hadisə ilə bağlı yalnız rəsmi məlumat məlumdur, əlavə məlumatınız varsa, bizə də açıqlayıb. İclasda “Artsax”dan danışılıb? – Xeyr. Hələlik həmin görüşlə bağlı əlavə məlumatımız yoxdur. Çox güman ki, “Artsax”la bağlı ayrıca söhbət olmayıb. Mirzoyan səviyyəsində Ermənistan nümayəndə heyətinin Bakıya səfər edəcəyi gözlənilirdi, lakin onlar getmədilər, Mirzoyan həmin gün İsveçə getdi. Qafqazda və konkret olaraq Bakıda ilk dəfə atmosferlə bağlı konfransın keçirilməsi Azərbaycanın siyasi və diplomatik gücünə dəlalət edir və demək olar ki, Bakı güclü mövqedən çıxış edir. – Sülh müqaviləsinin perspektivi necədir? – Məncə, bu, qeyri-müəyyəndir, Bu, yalnız Tramp hakimiyyətə gəlib fəaliyyətə başlayanda, yəni inauqurasiyadan sonra aydın olacaq. Amma onun gündəmində Qafqaz olmayacaq, prioritet Ukrayna, Avropa, Yaxın Şərq, sonra Qafqazdır. Yəqin ki, indi tərəflər Trampın mövqeyini gözləyirlər. Hazırkı proqnozlara görə, amerikalılar regiondan çəkiləcək – bu aydındır, Ermənistanın vəziyyəti getdikcə pisləşir, çünki Avropa regionda uğursuzluğa düçar olacaq, ermənilər həmişə olduğu kimi mühüm qərarlarda gecikir, hadisələrdən geri qalırlar. – Hansı qərarları nəzərdə tutursunuz? – Bütün son qərarlar, Paşinyan həmişə gecikir, hadisələri əvvəlcədən müəyyənləşdirməli, hadisələri qabaqlamalıdır, halbuki o, həmişə olduğu kimi, geri qalır. Əliyev ondan 2-3 addım öndədir. O, artıq Trampla razılaşıb, Paşinyan isə gözləyir. Makron indi təcriddədir, Paşinyan Makronun yanındadır, Makrondan isə heç bir fayda yoxdur. Avropa böhran içindədir, Ermənistan Avropadan hansı yardım gözləyir? O, Moskvadan məsafə saxlayır. Moskva müxtəlif formatlar təklif etdi, Ermənistan cavab vermir. Hazırda Azərbaycanda insanlar belə bir fikrə meyllidirlər ki, güc amilinə keçmək yersiz başağrısı gətirəcək və indi dayanıb vəziyyəti izləyirlər. Çox güman ki, sonda Əliyevin dediyi olacaq. – COP29 Ermənistan iştirak etmədi. Bizdə belə fikirlər var ki, erməni tərəfi bununla Azərbaycana təzyiq edir ki, “əsirləri” qaytarsın – Onlar ayrı mövzudur. Dəqiqləşdirmək lazımdır, hansı əsirləri nəzərdə tutursunuz? – “Artsax” rəhbərliyini – Moskva hətta Əliyevə Qarabağın keçmiş rəhbərlərinin buraxılması ilə bağlı sual ünvanlasa, deyəcəklər ki, məhkəmə bitməyib. – Gürcüstan İrəvanla Bakı arasında vasitəçi olmağı təklif etdi. Ola bilər, siz nə düşünürsünüz? – Qoy olsun. Moskva deyir zəhmət olmasa, hərəkətə keçin. – ABŞ-də prezident seçkiləri öncəsi Azərbaycan və Ermənistanın gözləmə mövqeyində olduğunu demişdiniz. İndi Tramp seçiləndən sonra proqnozunuz nədir, nə dəyişəcək? – O, seçilib, amma vəzifə tutmur. Yanvarın 20-dən sonra buna aydınlıq gələcək. – Sizcə, sülh müqaviləsi hansı perspektivə malikdir və nə vaxt imzalanacaq? – Bu il, məncə, yox. Çox güman ki, yazda. Geri qayıt |