Əsas Səhifə > Güney Press > Tehran Vaşinqtona məxfi mesaj göndərib

Tehran Vaşinqtona məxfi mesaj göndərib


Dünən, 18:32
Tehran Vaşinqtona məxfi mesaj göndərib
İran hakimiyyəti oktyabr ayında hazırkı Amerika administrasiyasına ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd planlaşdırmadığı barədə məlumatlandırıb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, İran bu məlumatı yazılı və məxfi şəkildə çatdıraraq, beləliklə də Yaxın Şərqdə kəskinləşmə fonunda Tehran-Vaşinqton münasibətlərinin gərginləşmə dərəcəsini azaltmaq niyyətində olub. Onun dəqiq hansı kanallardan gəldiyi barədə məlumat verilmir. İranın cavabının Trampa və komandasına çatdırılıb-ötürülmədiyi də açıqlanmır.

“Amerika rəsmiləri bildiriblər ki, İranın mesajı Vaşinqtonun sentyabr ayında ABŞ-nin verdiyi xəbərdarlıqlara cavabdır. Həmin xəbərdarlıqda Trampa qarşı təhdidlərin yolverilməzliyi vurğulayır və respublikaçı namizədin həyatına mümkün sui-qəsd cəhdləri “hərbi təcavüz aktları” adlandırılırdı. İranlı həmsöhbətlər isə, öz növbəsində, respublikaçının rəhbərlik edə biləcəyi yeni administrasiya ilə qarşıdurmadan qaçmaq istədiklərini deyiblər”, - qəzetdə dərc olunan materialda bildirilir.

Xatırladaq ki, sentyabrın sonlarında Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində İranın onun həyatı üçün təhlükə yaratdığını yazmışdı. Onun qərargahı isə, Milli Kəşfiyyat Direktorunun Ofisinin Trampa ABŞ-dəki vəziyyəti sabitliyi pozmağa yönəlmiş “İrandan gələn real və konkret təhdidlər haqqında” məlumat verdiyini açıqlamışdı.

Geri qayıt