Əsas Səhifə > Güney Press > İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır

İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır


Bu gün, 17:54
İrəvan Bakı ilə intensiv əlaqələrin tərəfdarıdır
Ermənistan və Azərbaycan sülh müqaviləsinin tam mətni üzrə hələlik razılığa gəlməyiblər.
AzVision.az xəbər verir ki, jurnalistlərə açqılamasında bu məqama toxunan Ermənistanın Xarici İşlər nazirinin müavini Vaan Kostanyan, bu müstəvidə İrəvanın Bakı ilə təmasları intensivləşdirməkdə maraqlı olduğnu iddia edib.

“Hazırda razılaşmanın bütün bəndləri üzrə yekun razılıq yoxdur. Sonuncu dəfə Ermənistan Azərbaycana 16 bənddən ibarət paket verib. Hazırda Xarici İşlər nazirliyinin və ya dövlətlərin rəhbəri ilə görüşlə bağlı konkret razılaşma yoxdur. Amma Ermənistan tərəfi razılaşmanın bəndləri üzrə razılaşmanı tez bir zamanda başa çatdırmaq üçün görüşləri intensivləşdirməkdə maraqlıdır”, - erməni məmur bildirib.

Kostanyan, həmçinin Bakıda keçiriləcək COP29 sammitinə Ermənistandan kiminsə səfəri ilə bağlı qərar olmadığını deyib.

Qeyd edək ki, noyabrın 5-də Ermənistan XİN İrəvanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldığı barədə məlumat yayıb.

Geri qayıt