Əsas Səhifə > Güney Press > Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib


7-11-2024, 17:52
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu
kənd İƏD üzrə nümayəndəliyin Aşağı Qapanlı kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon
şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar
Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi,
bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı
məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək
dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Aşağı Qapanlı kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Aşağı Qapanlı kəndinin 93 hektar ərazisi, 57 təsərrüfatı, 271
nəfər əhalisi var. Ərazidə 1 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri
əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 191 baş iribuynuzlu, 212 baş
xırdabuynuzlu heyvan, 820 baş quş, 15 arı ailəsi saxlayırlar.
Son üç ildə Aşağı Qapanlı kəndində su arxları 350 m məsafədə lildən
təmizlənib, kənd arası yollar 120 metr çınqıl daşı ilə təmir edilib, internet xətti
çəkilib, kənd ərazisində müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq
otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Əlövsət İsmayılov T-173
nömrəli subartezian quyusunun təmir olunması, Məzahir Hüseyinli və Cabbar
Rüstəmov pay torpaq sahələrinin zəbt olunması, Şükufə Əliyeva evinə gələn
elektrik xəttinin təmir olunması, Dülnisə Rəhimova şəhid bulağının tikilməsi
üçün icazənin verilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

"DİA-AZ"

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Aşağı Qapanlı kəndində keçirilib

Geri qayıt