Əsas Səhifə > Güney Press > “İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi
“İrşad” müştəriyə satdığı qüsurlu malı dəyişdirmədiyi üçün cərimələndi7-11-2024, 14:55 |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elektronika və məişət texnikası satışı üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkələrindən biri olan “İrşad Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protokol tərtib edib. Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “İrşad Electronics” “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərini pozub. Belə ki, “İrşad Electronics”in müştəriyə satdığı qüsurlu mal geri qaytarılan zaman qəbul olunmayıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsi satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasından bəhs edir. Geri qayıt |