Əsas Səhifə > Güney Press > İran Zəngəzur dəhlizinə qarşı:

İran Zəngəzur dəhlizinə qarşı:


7-11-2024, 14:52
İran Zəngəzur dəhlizinə qarşı:
"İran regionda nəqliyyat marşrutlarının açılmasını dəstəkləyir, lakin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır".

Musavat.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Kapanda keçirilən “Ermənistan-İran: əməkdaşlıq və perspektivlər” ekspert seminarında jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, İranın ə “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi dəyişməyib: İran istənilən geosiyasi dəyişikliklərin və dəhliz konsepsiyasının qəti əleyhinədir.

"Ermənistanla münasibətlərimizin möhkəm təməli var: biz əsrlər boyu yan-yana yaşayan, mehriban qonşuluq münasibətlərini qoruyan qonşularıq", - deyə Sobhani qeyd edib.
Geri qayıt