Əsas Səhifə > Güney Press > "Paşinyanın imzasına etibar etmək olmaz"
"Paşinyanın imzasına etibar etmək olmaz"Bu gün, 18:57 |
"Ermənistan Konstitusiyasında dəyişikliklərə getməsə, Azərbaycan sülh sazişinə qol çəkməyəcək. Çünki bu prinsipial mövqedir və Azərbaycan bunda israrlıdır". Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verməsini şərh edərkən deyib. "Azərbaycana hansısa sənəd yox, siyasi baxımdan daha etibarlı prosedurun baş verməsi lazımdır. Sovet konstitusiyasından tutmuş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qədər məsələ ilə bağlı yetərincə sənədlər var ki, Ermənistan onlara məhəl qoymur. Konstitusiyanı dəyişdirmək üçün də Ermənistan referendum keçirməlidir. Bunun üçün də geniş şəkildə mövqe bildirilməli, ictimai diskussiya olmalıdır. Bunlar olmadan Paşinyan indi hansısa sənədə qol çəksədə, başqa biri hakimiyyətə gəlməklə deyə bilər ki, həmin sənədləri tanımır", deyə Tofiq Zülfüqarov bildirib. Bu mənada həmsöhbətimiz qeyd edir ki, referendum siyasi baxımdan daha etibarlı təminat verən bir prosedurdur: "Yalnız belə olarsa, davamlı sülh üşün istənilən nəticəni əldə edəcəyik. Bakının təkliflərində qarşılıqlı olaraq diplomatik müharibələrin dayanması, məhkəmələrdə qarşılıqlı olaraq ittihamların aradan götürülməsi məsələləri də yer alıb ki, artıq bunlar baş vermir. Ancaq bu öhdəliklərin icra mexanizmlərinin necə olacağı da sual altındadır. Mexanizmlərin icrası da problem yaradan mövzudur". Qeyd edək ki, Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. O qeyd edib ki, dünən Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib. Geri qayıt |