Əsas Səhifə > Güney Press > Paşinyanın sülh müqaviləsini yubatmasının

Paşinyanın sülh müqaviləsini yubatmasının


Bu gün, 19:10
Paşinyanın sülh müqaviləsini yubatmasının
Ermənistanın Seçki Məcəlləsinə dəyişiklik və əlavələr layihəsi noyabrın 8-də parlament dinləmələrində müzakirə olunacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumat Ermənistan Milli Məclisinin rəsmi saytında yerləşdirilib. Dinləmələrə parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan sədrlik edəcək.

Bundan əvvəl parlament Ədliyyə Nazirliyinin təklif etdiyi dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Dəyişikliklərə əsasən, səslərin hesablanması başa çatana və nəticələr rəsmiləşənə qədər fövqəladə və ya hərbi vəziyyət tətbiq edilərsə, sonradan yeni səsvermə təşkil edilməklə seçkilər dayandırıla bilər.

Layihədə həmçinin tələb olunur ki, seçkilərdə iştirak edən partiya və bloklar siyahıların qeydə alındığı andan seçkilərdən sonrakı üçüncü günə qədər hər üç iş günündən bir bank hesablarındakı vəsaitlərin hərəkəti barədə məlumatları Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etsinlər.

Məlumatı ümumiləşdirdikdən sonra komissiya hesabatı öz internet səhifəsində dərc etmək öhdəliyi daşıyır. Müxalifət təklif olunan düzəlişlərin hakim partiyaya hakimiyyətdə qalmaq müddətini uzatmasına imkan verə biləcəyindən ehtiyat edərək ona qarşı çıxıb.

Xatırladaq ki, Ermənistanın Seçki Məcəlləsinə sonuncu dəfə cəmi üç il əvvəl, 2021-ci ildə dəyişiklik edilib. Lakin hakim qüvvə 2026-cı il seçkilərinə qədər ona əlavə dəyişikliklər etmək qərarına gəlib.

Qeyd edilən məlumat Nikol Paşinyanın növbəti seçkilərə yeni hüquqi normalar əsasında getmək istəyindən xəbər verir. Bu isə hakimiyyətin siyasi dayaqlarını möhkəmlətməyə hesablanıb. Yəni, 2026-cı ildə Paşinyan yenidən seçkilərdə qalib gəlməkdə israrlı görünür. Lakin səsvermənin nəticələri Paşinyanın istədiyi kimi olmaya da bilər.

Xüsusilə də onun siyasi reytinqini xeyli itirməsi seçkilərdə məğlub olmasını şərtləndirən əsas amillərdən birini təşkil edir.

“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sonuncu sorğuların nəticələrinə görə, Ermənistan vətəndaşlarının 57,6 faizi Nikol Paşinyanın fəaliyyətini bəyənmir. Paşinyanın fəaliyyətini tam bəyənələrin sayı respondentlərin 14,1 faiz təşkil edib. Rəyi soruşulanların 41,5 faizi isə Baş nazirin işini qətiyyən bəyənmir.

Göründüyü kimi, vəziyyət Paşinyan üçün heç də ürəkaçan deyil. Qeyd edilən göstəricilərlə seçkiyə getmək Paşinyanın postunu itirməsinə səbəb ola bilər. Ona görə də Ermənistanın Baş naziri seçki qanunvericiliyini sərtləşdirməklə siyasi mövqeyini möhkəmlətməyə çalışır. 2016-cı ilin parlament seçkilərində müxalifətin xarici dəstək hesabına onu hakimiyyətdən salmaq üçün bütün siyasi resursları səfərbər edəcəyi aydındır. Ona görə də parlamentə təqdim olunan düzəlişlər Paşinyanın seçkinin ilkin nəticələrinə uyğun hərəkət edəcəyini deməyə əsas verir.

Səsvermənin yekunları və “exitpoll” sorğuları müxalifətin xeyrinə olarsa, yaxud ölkədə inqilabi situasiya yaranarsa, Paşinyan fövqəladə vəziyyət elan etməklə məğlubiyyətin qarşısını ala bilər. Hətta Ermənistan hakimiyyətinin hər hansı hərbi təxribatı bəhanə edib ölkədə hərbi vəziyyət elan edəcəyi də istisna edilmir.

Ancaq seçkilərə qədər Azərbaycanla sülh müqaviləsi imzalansa, hərbi vəziyyətin tətbiqi üçün əsas qalmayacaq. Bütün hallarda seçki prosesinin dayandırılması və ya təxirə salınması Paşinyana hakimiyyətinin ömrünü uzatmaq üçün arqument yaradır. Seçki Məcəlləsinə partiya və blokların maliyyə fəaliyyəti ilə bağlı təqdim edilən əlavə və dəyişikliklər Ermənistan hakimiyyətinə müxalifətin bank hesablarını nəzarətə götürmək, lazım gələrsə, korrupsiyada ittiham etməklə təziyq göstərmək imkanı verəcək.

Geri qayıt