Əsas Səhifə > Güney Press > TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır
TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayırBu gün, 16:05 |
Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Öz çıxışlarında vurğulayıb ki, Türk dövlətləri təşkilatı bizim ailəmizdi, bu inkişaf təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra s,əhərlərdə, Bakıda, Astanada, Daşkənddə bu təşkilatın qurumları var. Naxçıvan sazişinin imzalanmasından ötən 15 ildə böyük inkişaf müşahidə olunur. Belə ki, Türk Şurası kimi fəaliyyətə başlayan qurum artıq beynəlxalq təşkilata çevrilib. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində bir sıra mühüm siyasi, iqtisadi və humanitar layihələr həyata keçirilir. Türkdilli ölkələrdə vaxtilə ərəb, latın, kirill əlifbaları mövcud idi. Mərkəzi Asiya dövlətləri hələ də kirill əlifbasından istifadə edirlər. Elə bu məqsədlə latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alındı və artıq bu istiqamətdə iş tamamlanıb. Bundan başqa, gələcəkdə ölkələrarası tələbə mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Ümumilikdə, bütün bu tədbirləri reallaşdırmaqda əsas məqsəd türk birliyinin möhkəmlənməsinə xidmət etməkdir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir. Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq tədbir noyabrın 6-da Bişkekdə keçirilib. Burada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşü keçirilib. Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər. Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bildirilib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Ölkə başçısı qeyd edib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar- sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Çıxışınin sonunda ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər. Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ" Geri qayıt |