Əsas Səhifə > Güney Press > Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq,

Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq,


Bu gün, 09:16
Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq,
“Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2024-cü il tarixində çağırılmış növbədənkənar ümumi yığıncağının yetərsay olmadığı üçün təkrar növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranıb.

Banker.az xəbər verir ki, “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin təkrar növbədənkənar ümumi yığıncağı 13 dekabr 2024-cü il tarixində saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda keçiriləcək.

Yığıncağın gündəliyində olan məsələlər aşağıdakılardır:

1. Sərbəst mənfəət hesabına səhmlərin nominal dəyəri artırılmaqla Nizamanmə kapitalının artırılması və Nizamnamə kapitalına dəyişiklik edilməsi.

2. “Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.

Növbədənkənar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 323 694 manatdır və qanuni təmsilçisi Ceyhun Namazovdur.

Geri qayıt