Əsas Səhifə > Güney Press > "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur"
"ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur"5-11-2024, 18:14 |
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli sosial şəbəkələrdə saxta yollarla plastik və estetik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısının yayılmasının ciddi müzakirə yaratmasına münasibət bildirib. M.Məmmədli Pravda.az-a açıqlamasında deyib ki, sözügedən siyahının nə dərəcədə dəqiq olduğu bir az şübhə doğurur. “Bu, iddia şəklindədir. Hər bir iddianı irəli sürən şəxs ortaya konkret sənədlər qoymalıdır və iddiasını sübut etməlidir. Siyahı nə dərəcədə həqiqətdir? ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur. Sözün düzü, şərh verməkdə çətinlik çəkirəm. Rəsmi qurumlar məsələni araşdırıb cavab verdikdən sonra şərh vermək olar”, - deputat bildirib. Xatırlatma: Hazırda ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova 50-yə yaxın plastik cərrahın siyahısını yayıb. O bildirib ki, siyahıdakı həkimlərin heç biri rezidentura təhsili almayıblar. Jurnalist iddia edir ki, həmin həkimlər Səhiyyə Nazirliyinə 30.000 AZN rüşvət verib və “möcüzəvi” şəkildə ixtisas dəyişiblər. Geri qayıt |