Əsas Səhifə > Güney Press > London-Ankara münasibətlərində nələr yaşanır?
London-Ankara münasibətlərində nələr yaşanır?Dünən, 17:48 |
BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib. Bu qərar 2023-cü ilin noyabrında imzalanan müqaviləyə əsaslanır. Bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb. Bu, nə ilə bağlıdır? BP-nin bir ölkədən çəkilməsi həmin ölkəyə hansı təhlükəli perspektiv vəd edir? Bu qlobal şirkətin hər hansı ölkədə olması həmin ölkənin təhlükəsizliyinə zəmanət hesab edilir. İndiki halda BP-nin Türkiyədən getməsi Britaniyanın Ankara ilə münasibətlərinə necə təsir göstərəcək? Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, BP-nin Türkiyədən getməsinin xüsusi, böyük əhəmiyyəti yoxdur: “BP bir sıra xırdagəlirli sahələrdən çəkilmək qərarı vermişdi. Bu, yeni hadisə deyil. Son 10 ildə şirkət bu siyasəti izləyirdi. Böyük yataqlara, enerji mərkəzlərinə yönəlməyə, alternativ yaşıl enerjiyə keçid etməyə çalışır. BP-nin TAP layihəsindəki payını satdığı ilə bağlı da bəyanat eşitdik. Bu kimi xəbərlərin ard-arda verilməsi BP-nin kiçik həcmli qaz borularında maraqlı olmadığını göstərir”. Politoloqun sözlərinə görə, məsələnin siyasi aspektlərinə də nəzər salmaq lazımdır: “Bəzən Rusiya qazı TANAP və TAP üzərindən Avropaya gedir. Ola bilər ki, bu, BP-ni narahat edir. BP Britaniya şirkətidir. Britaniya da Ukrayna müharibəsində Rusiyaya qarşı ən qətiyyətli, kəskin mövqe tutan ölkədir. Britaniya və Türkiyə münasibətləri isə çox dərindir. BP-nin getməsi iki ölkə arasında münasibətlərə mənfi təsir etməyəcək”. Geri qayıt |