Əsas Səhifə > Güney Press > Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir
Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir5-11-2024, 17:26 |
Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir. “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib. "Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Geri qayıt |