Əsas Səhifə > Güney Press > Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb
Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb5-11-2024, 15:38 |
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 401 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər artıb. 10 il əvvəllə müqayisədə isə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 464 nəfər azalıb. Müqayisə üçün qeyd edək ki, son 6 ildə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı aşağıdakı kimi olub: 1 oktyabr 2015-ci il – 2 865 nəfər 1 oktyabr 2016-cı il – 2 865 nəfər 1 oktyabr 2017-ci il – 2 739 nəfər 1 oktyabr 2018-ci il – 2 557 nəfər 1 oktyabr 2019-cu il – 2 524 nəfər 1 oktyabr 2020-cu il – 2 497 nəfər 1 oktyabr 2021-ci il – 2 287 nəfər 1 oktyabr 2022-ci il – 2 296 nəfər 1 oktyabr 2023-cü il – 2 395 nəfər 1 oktyabr 2024-cü il – 2 401 nəfər Geri qayıt |