Əsas Səhifə > Güney Press > Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir

Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir


Bu gün, 17:13
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsi ilə əlaqədar olaraq Abşeron rayonunda silsilə tədbirlər
keçirilir. İl çərçivəsində mövsümü olaraq həyata keçirilən ağacəkmə
kompaniyasının növbəti mərhələsinə start verilib.
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və
müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin,
müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi
aksiya rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir.
Oktyabrın 18-dən başlanan və cari ayın 28-nə kimi davam edəcək
aksiyada ümumilikdə 16500 ədəd ağac və həmişəyaşıl gül kolları
əkiləcəkdir. Əkilən ağaclara lazimi aqrotexniki qulluq göstərilir, suvarma
şəbəkəsi çəkilir.

Dia-az.Media

Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir

Geri qayıt