Əsas Səhifə > Güney Press > Aİ səfiri Gürcüstanı hədələdi:

Aİ səfiri Gürcüstanı hədələdi:


Bu gün, 16:00
Aİ səfiri Gürcüstanı hədələdi:
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski diqqət çəkən fikirlər səsləndirib.
Xarici KİV-in yaydığı məlumata görə, o, Tbilisiyə ölkənin siyasi kursunu dəyişmədiyi təqdirdə bunun ağır nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib.

Diplomat xüsusilə bildirib ki, yerli hakimiyyət Aİ ilə yaxınlaşma istiqamətində addımlar atmasa, Avropa İttifaqı maliyyə yardımını kəsə və Gürcüstanın Avropa birliyinə inteqrasiya prosesini dayandıra bilər.

“Tbilisi təkpartiyalı dövlət olmaq, müxalifət partiyalarını qadağan etmək, vətəndaş təşkilatlarını ölkədən çıxarmaq və müstəqil medianı sıxışdırmaq qərarına gəlsə, həmçinin, insan hüquqlarına riayət olunmasa, açıq şəkildə bəyan edirəm ki, Gürcüstan Avropa Birliyinə üzv olmayacaq. Bu, nə bu gün, nə sabah, nə də 2030-cu ildə baş tutacaq!”, - Qerçinski vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tbilisinin siyasətindən narazı olan Avropa Parlamentinin deputatları “Gürcüstanda demokratiyadan geri çəkilmə və siyasi plüralizmə təhdidlər haqqında” qətnamədə Aİ-ni Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı. Ötən ay Aİ hər il Gürcüstana ayırdığı 85 milyon avrodan çox maliyyə yardımını məhdudlaşdırıb.

AzVision.az

Geri qayıt