Əsas Səhifə > Güney Press > Si Cinpin Rusiyaya gedəcək

Si Cinpin Rusiyaya gedəcək


Bu gün, 12:53
Si Cinpin Rusiyaya gedəcək
Çin Prezidenti Si Cinpin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Rusiyaya gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
“Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 22-dən 24-dək BRİKS liderlərinin XVI sammitində iştirak etmək üçün Kazan şəhərinə səfər edəcək”, - o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib ki, BRİKS-in qarşıdan gələn sammitinin tarixlərinin uzadılması planlaşdırılmır, onun infrastrukturu çoxlu sayda iştirakçı üçün hazırdır. Peskov əlavə edib ki, planlaşdırılan sammitin bütün infrastrukturu iştirakçıların kifayət qədər yüksək marağı üçün hazırlanıb.
Xatırladaq ki, XVI BRİKS sammiti Kazanda oktyabrın 22-də başlayacaq. Artıq 30-dan çox ölkənin liderləri tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər.

Geri qayıt