Əsas Səhifə > Güney Press > Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur

Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur


Bu gün, 12:34
Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur
Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir. Bu barədə Dia-az.Media-ya MN-dən xəbər verilib.



Hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.
Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.

Geri qayıt