Əsas Səhifə > Güney Press > Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”
Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”Bu gün, 09:19 |
Azərbaycanda minik avtomobillərinin maliyyə lizinqini həyata keçirən “Legion Financial” ASC sonuncu dəfə səhm buraxmaqla nizamnamə kapitalını 3 530 000 manata çatdırıb. Banker.az xəbər verir ki, “Legion Financial”ın səhm kapitalı 395 000 manat və ya 12.6% artırılıb. Yeni buraxılmış səhm paketləri 25 sentyabr tarixində Bakı Fond Birjasında çıxarılmışdı. Səhmlərin biri 100 manat təşkil edir. Cəmi iki investor – biri 2 800 ədəd (280 000 manat) və digəri isə 1 150 ədəd (115 000 manat) səhmlər əldə etmişdilər. Həmin tarixə qədər isə üç səhmdar mövcud idi. Bunlar: İsmayılov Turan Mübariz oğlu (48.79%), Süleymanlı Rahim Rəhman oğlu (34.98%) və Soltanov Rövşən Rafiq oğlu (15.61%) olub. Göründüyü kimi cəmi iki investorun bura sifariş verməsi şirkətin səhm kapitalındakı bölgüdə dəyişikliyin olduğuna işarədir. Geri qayıt |