Əsas Səhifə > Güney Press > Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olub
Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olubBu gün, 08:11 |
Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. APA-nın yerli bürosu xəbər verir ki, ölənlərdən biri 1960-ci il təvəllüdlü Mehriban Paşayevadır. Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur. *** 07:47 Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb. APA-nın yerli bürosunun məlumatına görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. *** 07:22 Gəncədə binada partlayış baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Geri qayıt |