Əsas Səhifə > Güney Press > Eks-deputat Paşinyana qarşı

Eks-deputat Paşinyana qarşı


Dünən, 17:31
Eks-deputat Paşinyana qarşı
Oktyabrın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də parlamentin Ermənistanın Müstəqillik Bəyannaməsinə dair bəyanat layihəsi üzrə dinləmələr keçirilib.

Dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb.

Dinləmələr müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünasların iştirakı ilə keçirilib.

Modern.az xəbər verir ki, parlamentin eks-deputatı Ruben Akopyan dinləmələr zamanı Nikol Paşinyan hakimiyyətinə qarşı üsyana çağırıb. O, Konstitusiyanın dəyişdirilməsinin əleyhinə çıxıb.

“Bunlardan qurtulmaq üçün biz üsyan etməliyik. Vergilərimiz hesabına dolanan dövlət qurumları bizim hüquqlarımızı pozur”, - deyə sabiq deputat emosiyalarını ifadə edib.

“Nəyin bahasına olursa-olsun üsyan etmək, nəyin bahasına olursa olsun “intihar dəstələri” yaradıb onları qovmaq lazımdır!” – Ruben Akopyan vurğulayıb.

Bundan sonra təhlükəsizlik qüvvələri iclas otağına daxil olaraq “Akunk” siyasi təhlil mərkəzinin rəhbəri, keçmiş deputat Ruben Akopyanı zorla oradan çıxarıblar.

Məlum olub ki, bu barədə parlamebtin Aparat rəhbəri sərəncam verib.

Geri qayıt