Əsas Səhifə > Güney Press > Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib


Dünən, 17:26
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi və avtobuslara yeni fərqlənmə nişanları verib.

Dia-az.Media bu barədə agentliyə istinadən xəbər verir.

"Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir", - deyə agentlik bəyan edib.

Geri qayıt