Əsas Səhifə > Güney Press > Son savaş başlayır: Ermənistan buna hazırlaşır
Son savaş başlayır: Ermənistan buna hazırlaşır14-10-2024, 17:55 |
2020-ci ilin 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra da Ermənistanın sülh sazişinə imza atacağı ehtimalı yox idi. Fakt bu gün Ermənistan ABŞ, Fransa və onlara yaxın olan dövlətlər tərəfindən sürətlə silahlandırılmaqda, iqtisadi gücünü artırmaqda, cəmiyyətin immunitetini gücləndirməkdədir. Erməni cəmiyyəti Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmağı düşünmür. Uzun illər onlara təlqin edilmiş bu iddialar Ermənistan hakimiyyətini də stimullaşdırır. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O qeyd edib, Ermənistan hakimiyyyəti də cəmiyyətdən gələn “çağırışlar” əsasında özünün revanşist mövqeyini qorumaqla Azərbaycanla yeni müharibəyə hazırlaşır: “2020-ci 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki əməliyyatlarda Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı separatizmin də kökünü kəsdi. Amma buna baxmayaraq Ermənistan dövləti və cəmiyyəti Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasını gündəliyindən çıxartmayıb”. Partiya sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsini müəyyən edən birgə fəaliyyəti tənzimləyən reqlamentin təsdiq edilməsi heç bir halda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina kimi izah oluna bilməz: “Ermənistan konstitusiyasında və onun preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən əsassız müddəalar mövcuddur. Eyni zamanda Ermənistanın ayrı-ayrı sənədlərində keçmiş Dağlıq Qarabağ Ermənistanın bir hissəsi kimi təsbit edilib. Ermənistan SSRİ-nin qərarlarında və Almatı razılaşmasında da bu iddialar yer alıb”. Fəzail Ağamalıya görə, indiki halda erməni tərəfinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı yaydıqları informasiyalar əsassızdır: “Bu manipuliyasiyadır. Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq, indiki reallığı qəbul etmək niyyətində deyil. Sözsüz ki, Azərbaycan tərəfi bu məsələləri diqqətdə saxlamalıdır. Ermənistan faktiki olaraq sülhə yox, yeni müharibəyə hazırlaşır. Ona görə də, Ermənistanla son müharibə qarşıdadır”. Geri qayıt |