Əsas Səhifə > Güney Press > "Xahiş etmişdim, yazılı məlumat versinlər, heç bir məlumat göndərmədilər"

"Xahiş etmişdim, yazılı məlumat versinlər, heç bir məlumat göndərmədilər"


14-10-2024, 15:12
"Xahiş etmişdim, yazılı məlumat versinlər, heç bir məlumat göndərmədilər"
Yazıçı Əkrəm Əylisli şəxsiyyət vəsiqəsinin müsadirə edilməsi ilə bağlı baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətin nə ilə nəticələndiyindən xəbərsizdir.

Bu barədə Pravda.az-a danışan Ə.Əylisli deyib ki, Baş Prokurorluğa ünvanladığı məktubla bağlı nə nəticə olduğunu bilmir: “Xahiş etmişdim ki, bu barədə mənə yazılı məlumat versinlər. Heç bir məlumat göndərmədilər. Vəssalam. Mən də maraqlanmadım”.

Xatırlatma: Əkrəm Əylisli 8 ildən çoxdur, şəxsiyyət vəsiqəsinin Baş Prokurorluq tərəfindən müsadirə edilməsi səbəbindən bir çox məişət məsələlərində ciddi problemlər yaşaması barədə iyun ayında baş prokuror Kamran Əliyevə məktubla müraciət etmişdi.

Geri qayıt