Əsas Səhifə > Güney Press > Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir

Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir


14-10-2024, 15:02
Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir
2023-cü il oktyabr ayının 15-i son illər ərzində müasir Azərbaycan
tarixinə əbədi həkk olunan tarixlərdən biri oldu. İkinci Vətən
müharibəsindəki Şanlı Qələbə və 2023-cü il sentyabrın 19-da həyata
keçirilən Lokal Antiterror tədbirləri nəticəsində Azərbaycan xalqı 30 il
həsrətində olduğu arzularına çatdı. Qarabağ bölgəsində düşmən işğalı
altında olan bütün ərazilərimiz tam şəkildə azad edildi. Bütün bunlar ilk
növbədə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində apardığı uğurlu
siyasət və həyata keçirdiyi işlər nəticəsində mümkün oldu.
Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan
Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan
erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı.
Eyni zamanda artıq 4 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən
şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir,
keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam
edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur.
2023-cü il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici
gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı,
Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng
su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını
ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində,
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu,
Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında
iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu
əlamətdar və qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını
ucaldan dövlət başçısı öz çıxışında bildirdi: “Düz 20 il bundan əvvəl
Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində
Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz
vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli
maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim.
Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum
bütün vəzifələr icra edildi”.
Bəli, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə
layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin
mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada
böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin
müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll
etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü
iqtisadiyyat yaradıldı və son 21 il ərzində bu istiqamətdə əldə edilən uğurlar
nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı.
Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına
imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə
yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi dövründə sübut
etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına
imza atmağa məcbur edildilər. Ötən ilin sentyabrın 19-da cəmi 23 saat
davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha
göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə
də biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad
göstərdi və artıq 21 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona
olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi söz əməl etdi. Vətən
müharibəsindəki Qələbədən 4 il sonra ölkəmizin ərazi bütövlüyü təmin
edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin
mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz
yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham
Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər
əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim
tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi
və haqlı olaraq fəxr edəcəklər”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
dia-az.life

Geri qayıt