Əsas Səhifə > Güney Press, Şou-biznes > Röyanın “Kreml”dəki konsertinə biletlər satılmır

Röyanın “Kreml”dəki konsertinə biletlər satılmır


8-04-2014, 09:36
Röyanın “Kreml”dəki konsertinə biletlər satılmır
Sevilən ifaçı Röya Ayxanın Moskvanın “Kreml” Sarayında keçirəcəyi konsert proqramına sayılı günlər qalıb.

Sənətçi Aprelin 18-də Rusiyada yaşayan həmyerlilərimizi sevindirəcək. Röyanın Moskvanın “Kreml” Sarayında keçiriləcək konsertində 6000 yer olmağına baxmayaraq, konsertə cəmi 150-yə yaxın biletin satılması, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Konsert təşkilatçıları biletlərinin satışını həyata keçirmək üçün belə bir addım atmağa qərar veriblər. Belə ki, təşkilatçılar Ermənilərin də həmin gün, həmin sarayda konsert keçirəcəyi şayiələrini yayıblar. Təşkilatçıların əsl məqsədi Röyanın konsert biletlərinin satışını həyata keçirməkdir.

Xatırladaq ki, Röyanın “Mənəm” adlı solo konserti aprel ayının 18-də Moskva Dövlət Kreml Sarayında baş tutacaq.

ANS PRESS

Geri qayıt