Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mikayıl Cabbarovun orta məktəblərində biabırçılıq... – Yuri Qaqarinin goru olsaydı, çatlayardı...

Mikayıl Cabbarovun orta məktəblərində biabırçılıq... – Yuri Qaqarinin goru olsaydı, çatlayardı...


7-04-2014, 14:48
Mikayıl Cabbarovun orta məktəblərində biabırçılıq... – Yuri Qaqarinin goru olsaydı, çatlayardı...
DİA.AZ: - Orta məktəblərdə hər cürə rüşvət halına rast gəlmişdik. Şüşə pulu, jurnal pulu, 8 mart pulu, müəllimlər günü pulu, süpürgə pulu, boya pulu, Novruz bayramı hədiyyəsi…və sairə. Ancaq İlham Əliyev cənabları yeni təhsil naziri Mikayıl Cabbarovu vəzifəyə təyin edəndə çoxları düşünürdü ki, təhsil sferasında ciddi dəyişikliklər baş verəcək. Aradan xeyli vaxt keçməsinə baxmayaraq ciddi müsbət dəyişikliklər baş vermədi. Əksinə…yeni-yeni rüşvət növləri ortaya çıxmağa başladı.

DİA.AZ Qafqaznews.az -a istinadən xəbər verir ki,daxil olan məlumata görə Sabunçu rayonunda orta məktəblərdə 12 aprel Kosmonavtika günü münasibətilə hər şagirddən 20 manat pul yığılır.

Çox maraqlıdır ki, ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçmasının bizim şagirdlərə nə dəxli var..? Valideynlərin narazılığından sonra məktəb direktorları 15 manata razılaşıb. Görəsən, təhsil naziri Mikayıl Cabbarovun, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin bu biabırçılıqdan xəbəri yoxdur..?

DİA.AZ bildirir ki, əslində belə bir səhnənin bənzərini «Bu şəhərdə»nin usta komediya artistləri Rafaellə Coşqun bir dəfə canlandırmışdılar. Məktəb səhnəsində valideyn direktordan soruşur ki, Ukraynanın müstəqillik gününün Azərbaycan məktəblisinə nə aidiyyatı var və nədən bu münasibətlə məktəbdə pul yığılır.

Direktor da həmin vaxt maraqlı bir izahat vermişdi. Bildirmişdi ki, bəs Azərbaycan Ukrayna ilə eyni təşkilatın - GUAM-ın üzvüdür. Yəni valideynə başa salınmışdı ki, Azərbaycan məktəblisi Gürcüstanın da, Moldovanın da müstəqillik gününü qeyd edəcək.

Anladıq… Bu, bir səhnə idi… İnsanların gülməsi üçün. Amma bu gün Azərbaycan məktəblilərindən «kosmonavtika pulu» yığılması heç də gülməli deyil.

Ağlamalı haldayıq…

Geri qayıt