Əsas Səhifə > Güney Press > Zaporojye AES-in mühafizə rəisi öldürüldü

Zaporojye AES-in mühafizə rəisi öldürüldü


Bu gün, 12:56
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) təhlükəsizlik idarəsinin rəhbəri öldürülüb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, onun maşını partladılıb.

İstintaqın məlumatına görə, o, oktyabrın 4-də Enerqodardakı Kaştanov bulvarında, evin yaxınlığında avtomobilini saxlayarkən maşının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

“Qurban avtomobilinə minib sürməyə başlayanda partlayıcı işə düşüb. Mühafizə rəizi aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib”, - İstintaq Komitəsinin məlumatında qeyd edilib.

AzVision.az

Geri qayıt