Əsas Səhifə > Güney Press > Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar


Bu gün, 10:04
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə xanım Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunun
iştirakçıları ilə birlikdə 44 günlük Vətən müharibəsində Tərtər rayonuna
dəymiş ziyanla tanış olublar.
Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər
rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin
Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində
Tərtər rayonunun infrasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı
məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top,
qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində
yaşayış evləri, sosial obyektlər, o cümlədən 12 körpələr evi-uşaq bağçasına,
16 ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə,
10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati
binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə
güclü ziyan dəyib.
İşçi qrupu tərəfindən əmlaklarına ziyan dəymiş vətəndaşların müraciətləri ilə
bağlı 7050 baxış keçirilib. 60 fərdi yaşayış evi, 6 sahibkarlıq obyekti, 2 sosial
obyekt, 8 nəqliyyat vasitəsi tamamilə dağılıb, 5344 fərdi yaşayış evinə, 301
qeyri yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 30 inzibati binaya, kənd
təsərrüfatı texnikalarına, əkin sahələrinə, iri və xırda buynuzlu mal-qaraya, arı
ailəsinə bu və digər formada ziyan dəyib.
Erməni Silahlı Qüvvələrinin Tərtərin yaşayış məntəqələrini atəşə tutması
nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər yaralanıb.
Sonra qonaqlar rayon icra hakimiyyətinin başçısı ilə birlikdə çay süfrəsi
arxasında əyləşərək, Vətən müharibəsi zamanı rayona dəymiş ziyanı
müzakirə ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov qonaqlarla
birlikdə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı-
Şəhidlər” parkında ağac əkiblər.
Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə
minnətdarlıqlarını bildiriblər.

Dia-az.Media
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar

Geri qayıt