Əsas Səhifə > Güney Press, Partiya > “Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”

“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”


Bu gün, 09:19
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”
“Müəllim cəmiyyətdə hər zaman nüfuz sahibi olub. Nümunə olaraq şagirdə göstərilib. Bu gün ən böyük problemimiz müəllim nüfuzunun yüksəlməsidir. Biz hər addımda çalışmalıyıq ki, təhsilin də, məktəbin də, müəllimin də nüfuzunu artıraq. Bu da cəmiyyətimizin hər üzvündən asılıdır. Müəllimin üzərinə də böyük yük düşür. 5 oktyabr müəllimlər günü münasibəti ilə bütün müəllimləri, müəllim adını uca tutan və bu ada xələl gətirməyən şəxsləri ürəkdən təbrik edirəm”

Bunu Moderator.az-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri, Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib. Sabiq Təhsil Naziri “Müəllimlərin sertifikasiya imtahanları haqqında nə deyə bilərsiniz?” sualına isə belə cavab verib.

“Mənə belə gəlir ki, müəllimlərin savadlarının yoxlanılması yolları çoxdur. Bəlkə də bəzi hallarda biz çox tələsirik. Allah rəhmət etsin, Mirzə Ələkbər Sabir yadıma düşür. “Çay gəlməmiş çırmanırıq keçməyə”. Ona görə də gərək bu məsələlərə yanaşanda tələsməyəsən. 100 ölçüb, 1 biçməlisən. Cəmiyyətin, insanların ümumi fikirlərini nəzərə almaq lazımdır. Düşünürəm ki, gələcəkdə hökmən buna getməli olacaqlar. Ümumiyyətlə, hamı bilməlidir ki, istər şagird, istər müəllimin biliyinin qiymətləndirilməsi prosesi təhsilin ayrılmaz bir hissəsidir. Amma tək bir gündə, bir-iki saat ərzində namünasib şəraitdə, kənd yerindən gəlmiş bir müəllimi şəhərdə qiymətləndirmək mənim fikrimcə ədalətli deyil” deyə Misir Mərdanov deyib.

Geri qayıt