Əsas Səhifə > Güney Press > Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu"

Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu"


Bu gün, 18:12
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu"
Mərkəzi Bankın tətbiq etdiyi məhdudiyyətlər “Bank Melli İran”ın Bakı filialını “vurub”. Filial bu ilin III rübündə də kiçilməkdə davam edib, kredit portfeli kəskin azalıb.

Dia-az.Media Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Belə ki, bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 118,3 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3 % və ya 3,5 milyon manat azdır. Bunun 1 milyon 780 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Filialın kredit portfeli 2.3 dəfə və ya 2,3 milyon, ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə və ya 3,86 milyon manat azalıb. Bankın kredit portfeli ötən ilin eyni dövründə 5,64 milyon manat təşkil edib.

Bununla belə, 2024-cü ilin III rübünü Filial 5,02 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,8 dəfə çoxdur. 2023-cü ilin eyni dövrü üzrə bu rəqəm 2,79 milyon manat təşkil edib.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 72,13 milyon manat, cəmi kapitalı 46,18 milyon manat, yığılmış zərəri isə 27,4 milyon manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən Mərkəzi Bankın tələbi ilə Filial depozit qəbulu və kredit verilişini dayandırıb. Bu isə bankın maliyyə göstəricilərinə təsir edib.

Geri qayıt