Əsas Səhifə > Güney Press > Sepahın komandiri Suriyada ölüb

Sepahın komandiri Suriyada ölüb


Bu gün, 17:58
Sepahın komandiri Suriyada ölüb
İsrailin Suriya paytaxtı Dəməşqi bu günlərdə vurması nəticəsində yaralanan İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) müşaviri Məcid Divani oktyabrın 3-də ölüb.

“Report” xəbər verir ki, məlumatı İSNA yayıb.

Bildirilib ki, Məcid Divani Sepahın aparıcı fiqurlarından olub. Məlumata görə, o, oktyabrın 1-də İsrailin Dəməşqi vurması nəticəsində yaralanıb. İnformasiyaya əsasən, həmin gün üç nəfər ölmüş, doqquz nəfər yaralanmışdı.

Ölənlər arasında suriyalı jurnalist Səfəə Əhməd də olub.

Geri qayıt