Əsas Səhifə > Güney Press > Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır

Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır


Bu gün, 15:40
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır
Dia-az.Media xəbər verir ki, Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə şəhər xüsusi bəzədilib.

1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilub. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.

Bu il noyabr ayında Sumqayıtın şəhər statusu almasının 75 illiyi tamam olur. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən geniş tədbirlər planı hazırlanıb və yubiley çərçivəsində şəhərdə bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ən diqqətçəkəni isə Sumqayıtın möhtəşəm gecə görüntüləri ilə bəzədilməsi olub.

Şəhərin əsas küçə və prospektlərinə xüsusi işıqlandırma quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə göz oxşayır.

Sumqayıtın yeni işıqlandırılmış mənzərələri sakinlərin və qonaqların diqqətini cəlb edir. Şəhərin müxtəlif yerlərində quraşdırılan işıq effektləri və dekorativ elementlər şəhərə yeni rəng qatır.

Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır

Geri qayıt