Əsas Səhifə > Güney Press > Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir

Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir


Bu gün, 17:51
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir
Azbelt şirkəti qanunvericiliyin tələblərindən birini pozmaqda ittiham olunur.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

MMC-nin barəsində protokol tərtib olunan maddədə deyilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, 2019-cu ildən fəaliyyət göstərən Azbelt şirkəti yastıqların, DONGIL və digər remenlərin, itiləyici daşlar və salniklərin topdan və pərakəndə satışını həyata keçirir. Şirkətə Əyyar İsayev və oğlu Səbuhi İsayev rəhbərlik edir.

Geri qayıt