Əsas Səhifə > Güney Press > Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb


Bu gün, 17:24
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.  Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. Bu barədə Dia-az.Media-ya DİN-dən xəbər verilib.



Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Geri qayıt