Əsas Səhifə > Güney Press > İrəvan Moskvadan hər fürsətdəcə

İrəvan Moskvadan hər fürsətdəcə


Bu gün, 17:01
İrəvan Moskvadan hər fürsətdəcə
Ermənistan sakinləri daha çox Qərblə birləşməyə başlayıblar və Azərbaycanla münaqişədən sonra onların Rusiya Federasiyasının dəstəyinə inamı azalıb.
Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan cəmiyyətində böyük məyusluq var və Rusiyadan imtina təfdarları artıb, Rusiyanın köməyinə etibar qalmayıb, çünki Ermənistan xalqı belə bir şey olarsa, Rusiyanın bizə kömək edəcəyini, bizi qoruyacağını düşünürdü”, - deyə o, Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.

Mirzoyanın fikrincə, münaqişə zamanı Ermənistanın KTMT tərəfdaşları Yerevanda gözlənildiyi kimi reaksiya vermədilər. “İndi Ermənistan xalqı başqa variantlar axtarır. Biz demokratiyaya çox inanırıq və bu, bizi Aİ və ABŞ-a yaxınlaşdırır. Xalqımız təhlükəsizlik məsələlərində Rusiyaya inanırdı, indi isə belə deyil və insanlar düşünürlər ki, niyə özlərini Aİ ilə tam birləşdirməsinlər”, - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Moskva ilə münasibətləri tənqid edib. Xüsusilə, o, İrəvanın birgə müdafiə alyansı - KTMT-nin işində iştirakını dayandırıb, həmçinin 1992-ci ildən bəri Rusiya sərhədçilərinin paytaxt hava limanında fəaliyyətini dayandırıb.

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Moskvada Paşinyanla görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafının uğurunu qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın əvvəllər vurğuladığı kimi, Moskva həmişə Ermənistanla müttəfiqlik səviyyəsinə sadiq olub və bundan çıxış edib.

Qeyd edək ki, Ermənistanın 30 il əvvəl Rusiyanın köməyi ilə işğal etdiyi Azərbaycan ərazilərini sonsuza qədər işğalda saxlamaq arzuları baş tutmadığına görə, o vaxkı arxa-dayaqlarından üz çevirərək Qəbin yardımından "faydalanmaq" xəyallarına düşüblər. Bilmək lazımdır ki, heç kim axıra qədər haqsızı müdafiə etmir, nə Rusiya, nə Fransa, nə də bir başqası.

Geri qayıt