Əsas Səhifə > Güney Press > Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır?

Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır?


Dünən, 18:56
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır?
2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdır. Bəs bu məbləq bir uşağın yaşayış xərclərini kifayət edirmi?

Bununla bağlı Sonxeber.az-a danışan Lalə Mehralı bildirib ki, alimentin miqdarı qalxdıqca boşanmaların sayı artır:

"Mən aliment məsələsində fərqli düşüncədəyəm. Təəssüf ki, bu gün aliment üçün ailə həyatı qurub ayrılan insanlar da var. Yəni, aliment bəzi qadınlar tərəfindən bir növ qazanc mənbəyinə çevrilir. Mən bunu istisna hal kimi deyirəm, bu fikri bütün qadınlara aid etmək olmaz. Ailə qurduqda boşanıb aliment alıb, onun hesabına yaşamağı hədəfləyən insanlar var. Bu isə hazırkı minimum alimenti hədəfləyən plan deyil. Daha yaxşı maddi imkanı olan və qazancına tətbiq edilən aliment məsələsini nəzərdə tuturam. Yəni, əgər bir kişinin on min gəliri varsa ondan 235 manat aliment alınmır. Gəlirinə hesablanaraq təyin edilir. Bunu hədəfləyərək ailə həyatı quran qadınlar var ki, aylıq 2 və ya 3 uşağa görə 3-5 min manat aliment tələb edir və həyatını bu cür sığortalayır. Bu səbəbdən də alimentin qaldırılması məsələsini mən yalnız boşanmaların sayının artacağı ehtimalı ilə qarşılaşdıra bilirəm. Çünki, bilirik ki, hazırkı dövrdə boşanma su içim qədər asandır. Ona görə də alimenti qaldırmaq əvəzinə boşanmaların sayının azaldılmasını hədəfləmək lazımdır. Bir ara təklif edirdilər aliment dövlət büdcəsindən qarşılansın, mən ona da qarşı çıxdım. Niyə alimenti dövlət ödəməlidir?!

Boşanmaların sayını azaltmaq üçün addımlar atılmalıdır. Əgər aliment dövlət büdcəsi ilə ödənilərsə boşanma indikindən 2,3 dəfə çox olar. Razıyam aliment uşağın ehtiyacları üçün azdır. Təhsil, sağlamlıq, qida,geyim, sosial xərclər vəs, üçün 235 manat az məbləğdir. Amma nəzərə alaq ki, 350 manat olsa boşanmalar hansı həddə olacaq. Bu baxımdan hər tərəfli düşünərək qərar vermək lazımdır".

Geri qayıt