Əsas Səhifə > Güney Press > Beynəlxalq güclərin savaş meydanı:

Beynəlxalq güclərin savaş meydanı:


Bu gün, 16:14
Beynəlxalq güclərin savaş meydanı:
Ermənistanda yenidən revanşizm meyilləri güclənməyə başlayıb. Ermənistanda fəaliyyət göstərən “Müqəddəs mübarizə” adlı təşkilat ermənilərə çağırış edib. “Əziz həmvətənlər, “Müqəddəs mübarizə” hərəkatının “qələbə və ümid” mərhələsi başlayır.
Təşkilatın çağırışında qeyd olunub ki, 2 oktyabr saat 18:30-da Respublika meydanında görüşürük. Hər birinizin iştirakı çox vacibdir. Biz birlikdə ləyaqətimizi, ölkəmizi və gələcəyimizi bərpa edəcəyik.

Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Ermənistanda həqiqətən də son vaxtlar revanşizm meyilləri sürətlə artmaqdadır. Bunun bir neçə göstəriciləri mövcuddur:

“Buna misal kimi sentyabrın 28-də "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyanın açıqlamasını göstərmək olar. Həmin açıqlamada Baqrat rəhbəri olduğu hərəkatın yenidən aktivləşdiriləcəyi ilə bağlı məlumat verdi. Daha sonra Baqrat “Müqəddəs mübarizə” hərakatının qələbə və ümid mərhələsinin başladığını bildirərək 2 oktyabr tərəfdaşlarını Respubilka meydanında mitinqə səslədi. Paralel şəkildə Ermənistanın katalikosu II Qaragenin 28 sentyabrında Azərbaycana qarşı bəyanatlarla çıxışı da buna nümunədir. Bu gün İrəvanda Samvel Babayan və tərəfdaşlarının nümayiş həyata keçirərək Azərbaycan əleyhinə çıxış etmələri bir daha göstərir ki, Ermənistandakı revanşizm meyilləri artmaqdadır. Bu isə regional sülhə və təhlükəsizliyə ciddi təhdid göstərəcək amildir. Hazırda Ermənistan iki od arasında qalıb. Yəni Ermənistan höküməti daha çox Qərbdən dəstək alır və onların göstərişlərini həyata keçirir. Müxalifət və Kilsə isə Rusiyanın təsir dairəsindədır. Ümumiyyətlə Ermənistan daxilində də iki qüvvə arasında münaqişə baş verir. Sözügedən mübarizənin əsas məqsədi hakimiyyət çəkişməsi və böyük güclərin nüfuzunu qazanmaqdır. Digər tərəfdən Ermənistanda revanşist meyillərin artması Bakı və İrəvan arasında sülhün getdikcə çətinləşdiyini göstərir. Müqavilə imzalansa belə, xalqlar arasındakı dayanıqlı sülhün təmin olunması müşkil məsələdir. Çünki Ermənistanda hələ də azərbaycanafob və türkəfob revanşist qüvvələr var”.

Geri qayıt